Ermənistanın AŞPA-dakı nümayəndə heyəti ölkədə baş verənlərlə əlaqədar İrəvana qayıdır.
APA-nın “news.am” sayına istinadən verdiyi məlumata görə, bunu nümayəndə heyətinin üzvü, Ermənistan Respublika Partiyası fraksiyasından ona Samvel Farmanyan deyib.
O bildirib ki, “Tsarukyan” fraksiyasının nümayəndələri də ölkəyə qayıdır.
Qeyd edək ki, bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayıb. Sessiya aprelin 27-nə kimi davam edəcək.
Ermənistanda artıq 11 gündür Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq aksiya keçirilir. Parlamentin 3 üzvü, aksiyanın lideri Nikol Paşinyan, onun tərəfdarları Ararat Mirzoyan və Sasun Mikaelyan saxlanılıb.