https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
https://525.az/../img/pics/medium/183694_o0qrzhrfjf.jpg Bu dünyada biz də varıq - Fidan Malik yazır
https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
search
25 Aprel 2024

"Formula 1" üçün yüklər Bakıya gətirildi

"Formula 1" üçün yüklər Bakıya gətirildi

"2018 Formula 1" Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən səkkiz reyslə gətirilmişdir. Daha bir reys bu həftə yerinə yetiriləcək. 

Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb.   

"2018 Formula 1" Azərbaycan Qran Prisinin başlamasına kimi ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır. 

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır. 

Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.