https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
search
28 Mart 2024

Kaliforniyada ADR-in 100 illiyinə həsr olunmuş şahmat turniri

Kaliforniyada ADR-in 100 illiyinə həsr olunmuş şahmat turniri

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş şahmat turniri keçirilib.

“Bakı Açıq Şahmat Turniri” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən keçirilib. Turninirin bundan sonra hər il 28 may - Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.

San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.

Dörd turdan ibarət olan turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50 şahmatçı öz güclərini sınayaraq, altı bölmədə mübarizə aparıblar.
 
Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbyacanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr təqdim olunub.

Turnirin iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müsəlman dünyasında ilk dünyəvi respublika olması, Azərbaycanın 1991-ci ildən bəri keçdiyi müstəqillik yolu, əldə etdiyi nailiyyətlər, ölkəmizdə şahmat idmanının inkişafı barədə məlumat verilib, kitabçalar paylanılıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.