https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Gəncə "Avropanın İdman Şəhəri" tituluna namizəddir

AVROPA PARLAMENTİNİN BU MƏSƏLƏ İLƏ MƏŞĞUL OLAN TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ İKİNCİ ŞƏHƏRİMİZDƏ SƏFƏRDƏDİRLƏR

Gəncə "Avropanın İdman Şəhəri" tituluna namizəddir

Avropa Parlamentinin idman siyasətini həyata keçirən Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası (ACES Europe) hər il 9-19 şəhəri "Avropa İdman Şəhəri", bir şəhəri isə "Avropa İdman Paytaxtı" titulu ilə təltif edir. Layihə 4 ildir ki, reallaşdırılır.

2019-cu il üçün sözügedən layihə çərçivəsində ACES Europe təşkilatının nümayəndələri Gəncədə olublar və onlar şəhər rəhbəri tərəfindən qəbul ediliblər.   Elmar Vəliyev qonaqları salamlayaraq, onlara Gəncənin tarixi və bu günü haqqında ətraflı məlumat verib, həmçinin, şəhərdə son üç il ərzində keçirilən yerli və beynəlxalq  layihələr barədə danışıb.

Gəncənin "Avropanın İdman Şəhəri" tituluna  yaxşı namizəd olduğunu bildirən ACES Europe təşkilatının prezidenti Gian Francesco Lupattelli şəhərdə yaradılan idman ifrastrukturu, burada keçirilən yarışlar və əldən olunan nailiyyətlərlə maraqlanıb.

Nümayəndə heyətinə Gəncədə fəaliyyət göstərən idman məktəbləri, orta və ali təhsil ocaqlarında yaradılan şərait, park və xiyabanlarda sakinlərin istifadəsinə verilən idman qurğuları barədə ətraflı məlumat verilib. Gəncədə uşaqlar, qadınlar və əllilərin idmanla rahat məşğul olmaları üçün yaradılan şəraitdən də söz açılıb.

"Avropanın İdman Şəhəri" tituluna namizəd olan Gəncədə il ərzində sosial şəbəkələrdə "Gəncə AİŞ 2019-a namizəd" adı altında səhifələr yaradılacaq ki, burada da il ərzində şəhərdə baş tutan idman tədbirləri haqqında ətraflı məlumat yerləşdiriləcək. Eyni zamanda, idman və gənclər təşkilatlarının təmsil olunduğu Təşkilat Komitəsi yaradılacaq. İdman tədbirlərinin hazırlanması və icrasında geniş miqyasda  könüllü qruplarının iştirakı nəzərdə tutulur. "Gəncə AİŞ 2019" loqosunun tərtib olunaraq, ictimaiyyətə təqdim olunması da görüləcək işlər sırasındadır. Koordinasiya işlərini ikinci şəhərimizin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı statusu üzrə tədbirləri həyata keçirmiş "Gəncə AGP 2016" İctimai Birliyi və şəhər Gənclər və İdman Baş İdarəsi həyata keçirəcək.

ACES Europe təşkilatının Prezidenti Gian Francesco Lupattellinin başçılıq etdiyi nümayəndə heyətinə, təşkilatın vitse-prezidenti John Svanson, təşkilatın İdarə Heyətinin üzvü Lukas Vorel-Adams, təşkilatın Beynəlxalq İnkişaf bölməsinin rəhbəri Javier Rodrigo və təşkilatın Baş katibi Hugo Alonso daxildir.

Səfərin ikinci günü sözügedən təşkilatın nümayəndələrinin mətbuat konfransı da keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov "ACES Europe" təşkilatının nümayəndə heyətini, idman sahəsində böyük nailiyyətlər əldə etmiş idman ustalarını və mətbuat işçilərini salamlayıb. Müşfiq Cəfərov Nizami yurdunda sakinlər üçün qurulmuş idman qurğuları, orta, ali və idman məktəblərinin idman zallarında yaradılan şərait haqda məlumat verib.

 "ACES Europe" təşkilatının nümayəndələri Gəncənin idman sahəsində əldə etdiyi nailiyyətlərin ürəkaçan olduğunu bildiriblər. Təşkilatın məsul şəxsləri onlar tərəfindən ayrılan qrantlar ilə qalib şəhərlərində icra olunan layihələrin əhəmiyyətindən danışıblar.

ACES Europe təşkilatının Prezidenti Gian Francesco Lupattellinin bildirib ki, Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası Avropa Parlamentinin idman siyasətini həyata keçirən bir təşkilatdır. ACES Europe hər il 9-19 şəhəri "Avropa İdman Şəhəri", bir şəhəri isə "Avropa İdman Paytaxtı" titulu ilə təltif edir.

Təşkilatın şəbəkəsində hazırda 500 şəhərin olduğunu deyən "ACES Europe" təşkilatının baş katibi Hugo Alonso bildirib ki, 2019-cu ilə "Avropanın İdman Şəhəri" tituluna namizədlik üçün 40 şəhər müraciət edib və Gəncənin həmin titulu qazanması imkanı yüksəkdir.

Qonaqlar məsələ ilə bağlı digər sualları da cavablandırıblar.

Zakir MURADOV
Gəncə

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.