|
|
|
|
Dünən Milli Kitabxanada ümumtürk və Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, şair, ədəbiyyatşünas, mətnşünas, türkoloq, dilçi-alim, professor Bəkir Vahab oğlu Çobanzadənin anadan olmasının 125 illiyi münasibətilə "Bəkir Çobanzadə-125" adlı sərgi açılıb.
Sərgidə dilçi alimin Azərbaycan, rus və tatar dillərində əsərləri, tərtib və redaktə etdiyi, haqqında olan kitablar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.