Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edib.
O, hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sonra təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı ediblər. Proses iyunun 30-da davam etdiriləcək.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.