Gənc Tamaşaçılar Teatrı festivalda - Foto Bugünlərdə Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasında keçirilən "Fəcr" Beynəlxalq Teatr Festivalına dəvət alıb. 08.01.19
Sabaha sevgiylə - Fotolar - Video Adama elə gəlir ki, bütün bayramlar uşaqlıqda qaldı... “Sevinc” sözü də uşaqlıqla, balacalarla assosiasiya yaradır. 05.01.19
Türkiyə və Azərbaycan məktəbləri dostlaşdı - Fotolar - Video “Oğlum Azad və sinif yoldaşları Ərzincandakı bir məktəblə “məktub dostluğu”na başlamışdı. Evdə Azadın bu məktublaşmadan necə sevindiyini görüb, Azərbaycanla da belə bir layihənin gerçəkləşə biləcəyini düşündüm. Oğlumun müəllimi Yasemin Özkan Erdoğanla mövzu ilə bağlı danışdım. Amma içimdə özümü mənfi cavaba da hazırlamışdım. “Çok muhteşem olur. Çok mutlu olurum" - müəllimə söylədi”. 04.01.19
Azərbaycan-Türkiyə qardaşlığının yeni təntənəsi Mersində yaşanıb - Fotolar Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin Türkiyənin Mersin şəhərinə səfəri başlanıb.
04.01.19
Yolun açıq olsun, Vətən! - Fotolar Son illər gündəlik həyatımızda, yazılarımızda, danışıqlarımızda, çıxışlarımızda, leksikonumuzda ən çox istifadə edilən sözlərdən biri məhz “sürətli”dir… Bu da heç şübhəsiz ki, əsassız və səbəbsiz deyil…Çünki Azərbaycan son illər dünyanın ən sürətli inkişaf mərhələsini yaşayan dövlətlərdəndir… 03.01.19
90 yaşlı sənət ocağı - Fotolar Azərbaycan musiqi sənətinə korifeylər bəxş etmiş, bir çox dahinin “Alma mater”i olan, təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan, 90 illik tarixə malik Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Azərbaycanda peşəkar musiqi təhsilinin təşəkkülü və inkişafında müstəsna rol oynayan mühüm təhsil ocaqlarından biridir. 29.12.18
Keçən ilin son gecəsi - Fotolar - Video Vaqif Səmədoğlunun “Son gecədir bu gün yenə” misrası ağlımdan çıxmır nədənsə. İstənilən bir “son” düşüncəsi bu misranı nə isə ayrı bir yöndən, başqa bir tərəfdən işıqlandırır. 29.12.18
Əli Həsənov: "2018-ci il jurnalistika sahəsində də uğurlu il olub" - Fotolar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 27.12.18
Bakıda "Müşfiqli dünya" gecəsi - Fotolar Dekabrın 21-də Heydər Əliyev Sarayında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqə həsr olunmuş "Müşfiqli dünya" adlı ədəbi-bədii gecə keçirilib. 25.12.18
Tariximizə Həsən Həsənov baxışı: fərqli və maraqlı - Fotoreportaj Həsən Həsənov - bu adı, yəqin ki, Azərbaycanda siyasətlə, tarixlə maraqlanan hər kəs tanıyır. Onu bir çox şəkildə təqdim etmək olar. Çünki uzunmüddətli fəaliyyət yolunun Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Xarici İşlər naziri, Fövqəladə və Səlahiyyətli Səfir kimi önəmli dayanacaqları var. Amma ictimai xadim, tarixçi alim kimi də Həsən Həsənov imzası seçilir. 22.12.18
Mir Cəlalın “Ədəbi tənqid” və “Publisistika” kitabları təqdim edildi - Fotolar Dekabrın 21-də Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilmiş “Ədəbi tənqid (1931-1974)” və “Publisistika (1926-1977)” kitablarının təqdimatı olub. 21.12.18
Ucarda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir - Fotolar Dekabrın 21-də Ucarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. 21.12.18
Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunan beynəlxalq elmi konfrans - Foto Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti, Azərbaycan Mətbuat Şurası və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə özbək ədəbiyyatında dramaturgiyanın banisi, tərcüməçi, pedaqoq, tanınmış ədəbiyyat nümayəndəsi, azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyinə həsr olunan Maqsud Şeyxzadə "Özbək dramaturgiyasının, Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi" adlı beynəlxalq elmi konfrans keçirilib. 20.12.18
“Məktəblinin kitabı” layihəsi başa çatdı - Fotolar Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə ədəbiyyata, mütaliəyə maraq yaratmaq üçün AzEdu.az ilə birlikdə həyata keçirdiyi "Məktəblinin kitabı" layihəsi başa çatıb.
17.12.18
İtaliya Senatında “Azərbaycanın qadın şairlərinin şeirləri...” təqdim olundu - Foto Azərbaycanın İtaliyadakı Səfirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və İtaliyanın Sandro Teti Nəşriyyat Evinin birgə təşkilatçılığı ilə İtaliya Senatının Kitabxanasının "Capitolare" zalında "Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200- 1991)" adlı şeirlər toplusunun təqdimatı keçirilib. 13.12.18
Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibləri mükafatlandırıldı - Foto Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə AYB nümayəndəliyi, qaliblər, münsiflər heyəti və digər qonaqlar iştirak ediblər. 11.12.18
Hüseyn Cavidin şeirləri qazax dilində - Fotolar Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Almatı şəhərində Əl Fərabi adına Qazaxıstan Milli Universiteti tərəfindən böyük ədibin qazax dilinə tərcümə olunmuş şeirlərindən ibarət kitabın təqdimatı keçirilib. 07.12.18
"Səmavi" duyğuların pərvazında... - Fotolar Doğma Azərbaycanımızın hər qarışında sözə dəyər var. Sözün hikmət çalarında yaşam var, savaş, mübarizə əzmi, qurtuluş, ecazkar qüvvə ilə insanı özünə çəkən sehr var... 05.12.18