Sumqayıtda "Söz-2018" poeziya bayramı - Fotolar Sumqayıtdakı Heydər parkında yerləşən Poeziya Evinin önündə Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan "Söz - 2018" poeziya bayramı poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanıb. 02.10.18
İmdad Avşar ADPU-da ustad dərsi keçdi - Fotolar Dünən Türk dünyasının görkəmli ziyalısı, yazıçı-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazıçılar Birliyinin üzvü İmdad Avşar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin III tədris ili tələbələrinə "Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı" mövzusunda ustad dərsi keçib. 02.10.18
Fuad Axundovla Bakı səyahəti - Fotolar Nə zamansa - çox da keçmiş olmayan illərdə bu ölkədə, bu məmləkətdə Fuad Axundov adlı alim, zəngin bilik və istedad sahibi telejurnalist, coşqun təbiətli bir insan olub. 29.09.18
Milli Kitabxananın 95 illiyi elmi-praktik konfransla qeyd olundu - Fotolar Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş "Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. 28.09.18
Vilayət Quliyevin Əlimərdan bəy Topçubaşovla bağlı kitabı çıxdı - Fotolar Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ölkəmizin Macarıstandakı səfiri, professor Vilayət Quliyevin tərcümə və tərtib etdiyi "Əlimərdan bəy Topçubaşov. ...Xalqımızın müstəqil yaşayacağına inanırdıq" kitabının təqdimat mərasimi keçirilib. 27.09.18
Gənc Tamaşaçılar Teatrında 91-ci mövsüm “Leyli və Məcnun”la başlandı - Foto Sentyabrın 22-də Gənc Tamaşaçılar Teatrı 91-ci mövsümünə qədəm qoyub. Həmin gün saat 14.00-da balaca tamaşaçılara üçün “Şirinlər”, saat 19-da isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub. 25.09.18
“Dədə Qorqud” kamera orkestrinin təqdimatı oldu - Fotolar Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təqdimat mərasimi keçirilib. 22.09.18
Varnada Azərbaycan mədəniyyətinə dair fotosərgilər - Fotoreportaj Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Varna şəhər bələdiyyəsinin dəstəyi İlə İncəsənət Qalereyasında “Bakı – qədimlik və müasirliyin harmoniyası” və “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzularında fotosərgilər təşkil edilib. 22.09.18
“Don Kixot” Gənc Tamaşaçılar Teatrında səhnəyə çıxacaq - Fotolar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin III rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın məşqləri davam edir. 19.09.18
Bakı Kitab Mərkəzində tarixçi Dilarə Seyidzadə ilə görüş - Fotolar Sentyabrın 17-də yeni fəaliyyətə başlamış Bakı Kitab Mərkəzində "Tarixlə üz-üzə" layihəsi çərçivəsində görkəmli tarixçi alim, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib. 19.09.18
Fəxri adlara layiq görülmüş teatr xadimlərinə vəsiqələr təqdim edildi - Foto Azərbaycan Prezidentinin sərəncamları ilə yüksək fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələrin təqdim edilməsi ilə bağlı sentyabrın 15-də Akademik Milli Dram Teatrının yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnəsində tədbir keçirilib. 15.09.18
III Dünya Köçəri Oyunları yüksək təəssüratlarla yadda qaldı - Fotolar Bugünlərdə Qırğızıstanda III Dünya Köçəri Oyunları keçirildi. Sentyabrın 2-də İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində start verilən beynəlxalq yarış bu il də maraqlı proqramı, ölkəmiz üçün uğurlu çıxışları ilə yadda qaldı. 13.09.18
Elçin yaradıcılığının daha bir uğuru - Fotolar Xalq yazıçısı Elçinin pyesləri respublikamızın sərhədlərini aşaraq xarici ölkə teatrlarında da uğurla tamaşaya qoyulur və artıq "Elçin teatrı" estetik məfhumu yalnız ölkəmizdə deyil, çağdaş dünya sənətşünaslığında geniş yayılmaqdadır. 12.09.18
Azərbaycan sənətçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində çıxış etdilər - Fotolar Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərinin yaxınlığında yerləşən “Nomad” Mədəniyyət Mərkəzində III Dünya Köçəri Oyunlarına gələn modelyerlərin kolleksiyasından nümunələr nümayiş etdirilib və musiqi kollektivlərinin böyük konserti olub. Tədbirdə 30-dan çox ölkənin dizaynerləri milli və müasir geyimlərini, ifaçılar isə öz milli musiqilərini təqdim ediblər. 10.09.18
Azərbaycanlı qonaqlar Dünya Köçəri Oyunlarında - Fotolar İssık-Kul gölünün sahillərində keçirilən III Dünya Köçəri Oyunları çərçivəsində “Kırçın” etnoşəhərciyində “Köçərilərin qızıl əsri” adlı teatrlaşdırılmış şou keçirilib. 04.09.18
Bakıda BMT-nin Yay məktəbinin rəsmi açılışı oldu - Foto Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində Binəqədi Gənclər Evi sosial xidmət müəssəsində gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Yay məktəbi keçirilir. 04.09.18