Rəsul Rza mükafatı sahiblərinə təqdim olundu - Fotolar Mayın 18-də Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəsul Rzanın doğum günü münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) Rəsul Rza adına Ədəbiyyat Ocağı İctimai Birliyinin təsis etdiyi ənənəvi Rəsul Rza mükafatının təqdimetmə mərasimi keçirilib. 18.05.18
Azərbaycan qaziləri Türkiyə Böyük Millət Məclisində - Fotolar Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada görüşlərini davam etdirir. 18.05.18
Əlibəy Məmmədov: "Azərbaycan "Gündoğan ölkə" üçün olduqca cəlbedicidir" "Yaponiya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Sovet İttifaqından ayrıldıqdan iki ay sonra, 1991-ci ilin dekabrında rəsmi Tokio bu haqda qərar qəbul edib. Həmin dövrdən başlayaraq iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulub. Yüksələn xətlə inkişaf edən siyasi əlaqələr sonrakı dövrlərdə iqtisadi münasibətlərin yaranması üçün baza rolunu oynayıb". 18.05.18
Azərbaycan qaziləri Ankarada Heydər Əliyev parkını ziyarət etdilər - Foto Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyətinin Türkiyə səfəri davam edir. 17.05.18
"Əsrarəngiz Misir nağılları" kitabının təqdimatı oldu - Fotolar Mayın 15-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında "Əsrarəngiz Misir nağılları" kitabının təqdimatı və nəşrə çəkilən rəsm əsərlərinin sərgisi keçirilib. 15.05.18
Azərbaycan qazilərinin Ankara görüşləri başlandı - Foto Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən və hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib. 15.05.18
Gilyotinin ağzında bitən həyatlar - Fotolar Dahi fransız yazıçısı Viktor Hüqo ölüm ərəfəsində yaradıcılığına yekun vuraraq özü haqqında deyir: "Mən öz kitablarımda, dram, nəsr əsərlərimdə kiçik və bədbəxt adamları müdafiə etmişəm, təlxəyin, nökərin, məhbusun da insan hüququ olduğunu göstərmişəm". 15.05.18
“Heydər Əliyev. Biblioqrafiya” kitabının və elektron bazanın təqdimatı oldu Mayın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib. 12.05.18
"Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" - Fotolar "Loqos"un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB),"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə həyata keçirəcəyi "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsinin seçim mərhələsi olub. 11.05.18
“Sahil bağı”nda rəsm müsabiqəsi - Fotolar “Sahil bağı”nda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə "Heydər Əliyev və Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib. 10.05.18
Vyana Təbiət Tarixi Muzeyinin əməkdaşı Şamaxı rəsədxanasında - Fotolar Avstriyanın Vyana Təbiət Tarixi Muzeyinin meteorit kolleksiyası üzrə koordinatoru, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü doktor Ludovic Ferriere AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olub. 08.05.18
Elxan Yurdoğlunun imza günü keçirildi - Fotolar Mayın 5-i, “Kitabevim.az” mağazalar şəbəkəsinin “28 May” filialında şair Elxan Yurdoğlunun “Ulduz çoxluğu qədər təklik” şeirlər kitabının imza günü keçirilib. 06.05.18
“Qatillə görüş”: sadəliyin cazibəsi - Fotolar Etiraf edim ki, yazıya başlamamışdan öncə fikrimdə fərqli, bədii, cəlbedici, bir az da qəliz cümlələr qurmuşdum. Amma elə ki yazmaq üçün masa arxasına keçdim, bütün cümlələr üzünü çevirib getdi, sanki “Sən elə bir müəllifdən və onun əsərindən yazırsan ki, burada bizə ehtiyac yoxdur, sən də sadə ol: onun özü və qələmi kimi!”- deyirdilər.
05.05.18
Xanəndə Eynulla Cəbrayılov ədəbi-bədii gecə ilə anıldı - Foto Mayın 3-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsi və Kürdəmir Regional Mədəniyyət idarəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Kürdəmir rayon Mədəniyyət mərkəzində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Eynulla Cəbrayılovun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. 04.05.18
"Zərifə Əliyeva. Biblioqrafiya" kitabının təqdimatı oldu - Fotolar Dünən Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə "Zərifə Əliyeva. Biblioqrafiya" kitabı və "Zərifə xanım Əliyeva - 95" adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. 03.05.18
ADPU keyfiyyətin təminatı ilə bağlı EQAC layihəsinin tərəfdaşı oldu - Foto Aprelin 24-25-də Bakı Biznes Universiteti tərəfindən hazılanmış və Avropa Komisiyası tərəfindən təsdiq edilmiş Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihə ilə bağlı tədbirlər keçirilib. 01.05.18
Mir Cəlal Paşayevlə bağlı nəşrlər və elektron baza təqdim edildi - Fotolar Dünən XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr edilmiş "Mir Cəlal. Biblioqrafiya", Nizami Cəfərovun "Mir Cəlal milli idealları" kitablarının və "Mir Cəlal-110" elektron məlumat bazasının təqdimatı keçirilib.
01.05.18
Macarıstanda Gənc Alimlərin III Beynəlxalq Elmi Konfransı təşkil edildi - Fotolar Macarıstanın Gödöllö şəhərində fəaliyyət göstərən və bu ölkənin nüfuzlu ali məktəblərindən biri hesab olunan Sent İştvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə bu təhsil ocağında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Davamlı regional inkişaf” mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı təşkil edilib. 28.04.18
Bişkekdə “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət” tədbirİ - Foto Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizin Qırğızıstandakı səfirliyi və bu ölkənin Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət” adlı “dəyirmi masa” keçirilib. 26.04.18
Tələbələrə akademik Akif Əlizadə adına təqaüd veriləcək - Fotolar Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdim edilməsi ilə bağlı mərasim keçirilib.
26.04.18
"İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi" - Fotolar Dünən Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə "İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi" mövzusunda "dəyirmi masa" keçirilib. 24.04.18