"Adam doğma yurd sarıdan yetim qalırmış..." 16 yanvar tanınmış xanəndə, bir çox sevilən mahnıların müəllifi Şamil Əhmədovun doğum günüdür. Bu gün onun daha bir yubiley yaşı - 65 illiyi tamam olur. 16.01.19
Fəlsəfə və biz - “Bu gün dünəndən başlayır” silsiləsindən 1992-ci ilin may ayında Azərbaycan radiosunun “Vaxt” adlı gənclik proqramında mən fəlsəfə elmləri namizədi Osman Əfəndini həm də o zaman yenicə yaradılmış Türk Milli Demokratik İdrak partiyasının sədri kimi görüşə dəvət eləmişdim. 14.01.19
Operator Etibar Bağırov: "Saçlarımı cəbhədə gördüklərim ağartdı" - Fotolar O dövrdə "Xəbərlər"in baş redaktoru Ənvər Qafarlı idi. Bir gün o, operatorları yığdı, ölkədəki vəziyyət haqqında danışdı. Mən könüllü şəkildə cəbhədəki vəziyyəti, qaçqınların həyatını çəkməyi öz öhdəmə götürdüm. Bizim orada gördüklərimiz sadəcə dəhşət idi. Mənim saçlarım orada ağardı. Orada çəkdiyim kadrları Qorbaçovun özü də şəxsən izləmişdi və bir dəfə Vaqif Mustafayev dedi ki, sənin çəkdiyin kadrlara görə Qorbaçov mənə müsahibə verdi. Füzuli, Qubadlı, Şuşa, Laçın, Ağdam, Kəlbəcər - işğal olunan bütün ərazilərimizdə çəkilişlər aparırdıq. Hətta olurdu ki, kəndlərdən ən axırıncı mən çıxırdım. Hamı deyirdi ki, səni öldürəcəklər, qalacaqsan burda, amma mənim ürəyim dözmürdü, qoyub gələ bilmirdim. Bir əlimizdə kamera, o biri əlimizdə silah müqavimət göstərməyə çalışırdıq, yaralılara kömək edirdik. İlk gündən axırıncı günə kimi cəbhədə olduq.
10.01.19
"Əllərilə danışıb, gözlərilə eşidirlər..." - Müsahibə Əvvəl yaşadığımız binada eşitmə və danışma məhdudiyyətli ər-arvad var idi. Onların iki qızları isə tamamilə sağlam idilər və valideynləri ilə ancaq əl hərəkətləri vasitəsilə ünsiyyət qururdular. Bu, mənə çox maraqlı gəlirdi. 10.01.19
Səməd Seyidov: "Ermənistan müharibədən də çox sülhdən qorxur" "525"in müxbirinin suallarına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavab verir.
08.01.19
"Beynəlxalq olimpiada suallarının müəllimlər üçün çətinlik yaratması təbiidir" Təhsil İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev Trend-ə müsahibəsində “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinə dair KİV-də yayılan məlumatlarla bağlı müəyyən məqamlara aydınlıq gətirib.
04.01.19
“Millətçilikdən çox-çox uzaq olsam da, mədəniyyət məsələsində millətçiyəm” ...Söhbət öz axarı ilə gedir. Birdən, “Gəl gör sənə nə göstərəcəm” - deyir. Ayağa qalxıb ardınca gedirəm. Böyük bir futlyarı götürüb açır. Və içərisindən yaraşıqlı, gözəl bir tar çıxarır. “Bu tarı mənə Azərbaycandan göndəriblər”. - deyir, - “Çox dəyərli və qiymətlidir. Bunu mənə hədiyyə etməklə azərbaycanlılar öz köklərinə nə qədər bağlı olduqlarını göstərdilər. Azərbaycan müharibə şəraitində olsa da, özünə, keçmişinə bu qədər sahib çıxa bilir. Xocalıda insanlara yaşadılan vəhşəti bilirik. Ermənilərin oradakı günahsız insanların başına gətirdikləri müsibətlər çox ağırdır, acı hadisələrdir. Tarix boyu çətin ki, unudula!”
22.12.18
"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu siyasi xətti bu il də davam etdirilib" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə də ölkəmizin uğurlu xarici siyasət xətti davam etdirilib. Dövlətimizin başçısı xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayır, diplomatiyamız qarşısında duran prioritet vəzifələri müəyyən edir, onların planlı və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. 22.12.18
"Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinə zəmin yaradır" Transplantasiya xəstənin həyatını xilas etmək üçün ən son çıxış yolu da hesab edilə bilər. Bir insandan digərinə orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. Bu əməliyyat zamanı xəstəyə ilk dəfə olaraq böyrək köçürülüb. 18.12.18
"Dövlət qulluğuna qəbul yüksək standartlara uyğun həyata keçirilir" Müasir müstəqil Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində islahatların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 2001-ci il sentyabrın 1-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Ulu Öndərin siyasi strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. Ölkəmizdə dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində edilən dəyişikliklər nəticəsində Komissiya ləğv olunaraq dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi funksiyaları Dövlət İmtahan Mərkəzinə tapşırılıb. Dövlətimizin başçısının 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya" təsdiqlənib. Sərəncama əsasən, Dövlət İmtahan Mərkəzi Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan kimi müəyyənləşdirilib. 05.12.18