525.Az

İsrail Qəzza zolağına raket zərbəsi endirdi


 

İsrail Qəzza zolağına raket zərbəsi endirdi <b style="color:red"></b>

İsrail Hərbi-Hava Qüvvələri Qəzza zolağına raket zərbəsi endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, raketlər liman və HƏMAS-a məxsus hərbi obyektlərə tuş gəlib.   

Yerli KİV-lərin məlumata görə, Qəzza limanına endirilən zərbə nəticəsində iki kater sıradan çıxıb. Raket zərbələri həmçinin HƏMAS-ın Qəzza zolağının şimalındakı obyektlərinə endirilib.

 





23.05.2018    çap et  çap et