525.Az

Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"


 

Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur" <b style="color:red"></b>

“Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur”. 

APA-nın məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. 

O bunu acınacaqlı hal adlandırıb. 

Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq azalıb: “Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”. 

H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: “Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”.

 





23.05.2018    çap et  çap et