525.Az

Qusarda yerləşən hərbi hissədə monitorinq - Fotolar


 

Qusarda yerləşən hərbi hissədə monitorinq - <b style="color:red">Fotolar </b>

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Qusarda yerləşən hərbi hissədə monitorinq aparıb. 

Komitənin sədri Tural Hüseynov APA-ya bildirib ki, Müdafiə Nazirliyinin razılığı ilə həyata keçirilən monitorinq zamanı hərbi hissənin tibb məntəqəsi, yeməkxana, yataqxana və hamamına baxış keçirilib:

“Tibb məntəqəsində əsgərlərin müayinəsi üçün hər cür şərait yaradılıb. Hərbi hissənin yeməkxana və çörəkbişirmə sexində sanitar-gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur. Əsgərlərin yeməyini mülki şəxslər bişirir və onlar həmçinin hərbi hissədə təmizlik işlərini həyata keçirirlər”. 

T. Hüseynov hərbi hissədə qeyri-insani rəftar və ya işgəncə faktının qeydə alınmadığını bildirib.

 





23.05.2018    çap et  çap et