525.Az

Cavid Qurbanov: "Vergilər Nazirliyi indi adam balası kimi işləyir"


 

GÖMRÜKDƏ DƏ İŞLƏR YOLUNA DÜŞMƏKDƏDİR"

Cavid Qurbanov: "Vergilər Nazirliyi indi adam balası kimi işləyir"<b style="color:red"></b>

"Neft məsələsini unutmaq lazımdır. Hər dəfə söhbəti hərləyib-fırladıb, neftin üzərinə gətiririk. Bu, düzgün deyil. Neft ucuzlaşacaq, neft bahalaşacaq, bunları bir kənara qoymaq lazımdır".

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov bildirib.

"Biz işləməliyik. Yeni velosiped də icad etmək lazım deyil. Vergilər Nazirliyi indi adam balası kimi işləyir, irəliləyiş, müsbət tendensiya göz önündədir. Gömrükdə də işlər yoluna düşməkdədir. Allah bizə də insaf versin, biz də işləməliyik. Bu gün nə edilirsə, Azərbaycan xalqının rifahı üçün edilir. Hər kəs öz işini görməlidir. Hər kəs də yaxşı işləsin ki, baxıb, fəxr edək" - deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





23.05.2018    çap et  çap et