525.Az

Dövlət Miqrasiya Xidmətində iclas keçirildi


 

AZƏRBAYCANDA QAÇQIN STATUSU VERİLMİŞ ƏCNƏBİLƏRİN İNTEQRASİYASI VƏ SOSİAL MÜDAFİƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLİB

Dövlət Miqrasiya Xidmətində iclas keçirildi <b style="color:red"></b>

Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri ilə bağlı fəaliyyət göstərən işçi qrupun iclası keçirilib.

Xidmətdən verilən məlumata görə, tədbirdə çıxış edən DMX rəisi Vüsal Hüseynov işçi qrupunun hər bir görüşünün konkret nəticəsi olmasının zəruriliyini vurğulayaraq, sayca üçüncü görüşdə də məhsuldar və faydalı müzakirələrin aparılacağına əminliyini ifadə edib.

Xidmət rəisi qeyd edib ki, rəhbərlik etdiyi qurum işçi qrupunun fəaliyyətinə daim dəstək verəcək: "Çünki həm dövlət qurumlarının, həm də beynəlxalq tərəfdaşların bu platformada təmsil olunması bizim üçün çox böyük aktivdir".

V.Hüseynov bildirib ki, işçi qrupun sayca üçüncü iclasının məqsədi qaçqın statusu verilmiş şəxslərin Azərbaycanda olacaqları müddət ərzində onlara yaradılmış münbit şəraitin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik aktlarında və beynəlxalq konvensiyalarda əksini tapmış sosial-iqtisadi və insan hüquqlarının təşviq edilməsidir. Xidmət rəsinin sözlərinə görə, elə bir mexanizm yaradılmalıdır ki, qaçqın statusu verilmiş şəxslərin məşğulluq məsələsində, sosial qayğılarının diqqətdə saxlanılmasında dövlətlə yanaşı, beynəlxalq tərəfdaşlar və vətəndaş cəmiyyəti institutları da yaxından iştirak etsinlər.

Xidmət rəisi vurğulayıb ki, indiyə qədər DMX-nin rəhbərliyi altında işçi qrupunun "Azərbaycanda qaçqınların əmək bazarına və sosial təminat sisteminə çıxışı" və "Yol sənədi və Qaçqın vəsiqəsi ilə bağlı" mövzularda iki iclası keçirilib.

O bildirib ki, bu iclasda isə "Azərbaycanda qaçqın statusu almış şəxslərin sosial-iqtisadi hüquqlarının təmin edilməsi istiqamətində əldə olunmuş uğurlar və qaçqınların inteqrasiya siyasətinə dair "Yol xəritəsi" üçün tövsiyələr" adlı sənəd müzakirə edilib:  "Yol xəritəsi" sənədində Azərbaycanda qaçqınların inteqrasiyası üçün dörd əsas sahə müəyyən edilib: yaşayış sahəsi ilə təmin olunma imkanı; təhsilə çıxış imkanı; əmək bazarına çıxış imkanı; mədəniyyətlər arası dialoqun genişləndirilməsi".

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angeles isə qeyd edib ki, müzakirə edilən mövzuya çoxtərəfli yanaşma tələb olunur: "Qaçqın mövzusu qlobal bir proses olduğu üçün biz beynəlxalq diqqətin bu məsləyə yönəldiləməsinə və dünyada bu sahə ilə bağlı yaxşı təcrübənin Azərbaycana gətirilməsinə öz dəstəyimizi verəcəyik". O, bu həssas kateqoriyadan olan insanlara göstərilən münasibəti və iclasda müzakirə edilən sənədin əhəmiyyətini qeyd edib.

Daha sonra "Yol xəritəsi" sənədi barədə Azərbaycanla mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)" layihəsinin Milli Koordinatoru Elnur Nəsibov təqdimatla çıxış edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

C.ABASOV

 





23.05.2018    çap et  çap et