525.Az

Ukrayna və Türkiyə prezidentləri arasında telefon danışığı


 

Ukrayna və Türkiyə prezidentləri arasında telefon danışığı <b style="color:red"></b>

Ukrayna prezidenti Petro Poroşenko və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

APA-nın xəbərinə görə, bu barədə P.Poroşenko özünün “Tvitter” səhifəsində yazıb. 

"Prezident Ərdoğanla Ukrayna ilə Türkiyə arasında azad ticarət zonası haqqında sazişə dair danışıqlar prosesinin sürətlənməsini müzakirə etdik”, Ukrayna prezidenti yazıb. 

Tərəflər həmçinin, energetika, aviasiya və müdafiə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 





24.05.2018    çap et  çap et