525.Az

Merkel: "Avropa şirkətləri İrandan getməli olacaq"


 

Merkel: "Avropa şirkətləri İrandan getməli olacaq"<b style="color:red"></b>

"Bir çox Avropa şirkəti ABŞ-ın tətbiq edəcəyi sanksiyalara görə İrandan getməli olacaq".  

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya federal kansleri Angela Merkel deyib.  

Kansler bildirib ki, Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına hörmətlə yanaşır: “Saziş əlbəttə ki, ideal deyil, amma digər variantlar qeyri-stabildir".  

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın əvvəlində ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını və tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb.

 





24.05.2018    çap et  çap et