525.Az

Tibb müəssisəsində maarifləndirici tədbir


 

Tibb müəssisəsində maarifləndirici tədbir<b style="color:red"></b>

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə dünən rayon ərazisində yerləşən 15 nömrəli Birləşmiş Şəhər xəstəxanasında "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Həbibə Qəribova, xəstəxananın baş həkimi Akif Məmmədov, tibb müəsisəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.  

Bilik Fondunun əməkdaşı Aytən Xubanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Fondun həyata keçirdiyi "Cümhuriyyət tariximiz - qürurumuzdur" layihəsi və bu layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə Bilik Fondunun  Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dosenti Boran Əzizin "Azərbaycan Xalq Cümhuriyyəti necə yarandı" mövzusunda mühazirəsi dinlənilib.

Mühazirəçi tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırıb.

 





24.05.2018    çap et  çap et