525.Az

"Neft bazarı yenidən balanslaşdırılıb, lakin..."


 

"Neft bazarı yenidən balanslaşdırılıb, lakin..."<b style="color:red"></b>

"Neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalmaqdadır". 

“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Denis Perevezentsev deyib. 

“Neft bazarı tarazlığa doğru hərəkət edəcək, lakin tələb və təklif balansı qeyri-sabit olaraq qalır. ABŞ-da şist neftinin istehsalı və “OPEC +” razılaşması bazara təsir edən əsas amillərdən sayılır. Buna baxmayaraq neft bazarı sabit qalmaqdadır", - deyə, D. Perevezentsev vurğulayıb. 

Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiya, "OPEC+" ölkələrinin xeyrinə olacaq. 

"Moody's"in mütəxəssislərinin proqnozlarına görə, 2019-cu ildə neftin bir barelinin qiyməti 45-65 dollar civarında olacaq.

 





24.05.2018    çap et  çap et