525.Az

ABŞ Türkiyəyə “S-400”-ün alternativlərini təklif edir


 

ABŞ Türkiyəyə “S-400”-ün alternativlərini təklif edir<b style="color:red"></b>

ABŞ Türkiyəyə Rusiyadan əldə etmək istədiyi “S-400” zenit-raket sisteminin alternativlərini təklif edir. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.    

“Əlbəttə, bu istiqamət yanlışdır. “S-400”-lərin əldə olunması aramızda, Türkiyə və NATO arasında çoxlu problemlər yaradacaq. Biz onlara diplomatik təzyiq göstəririk, həmçinin, alternativlər təklif edirik”, - deyə Pompeo Senatda dinləmələr zamanı bildirib.       

“Ümid edirəm, onların addımları NATO-nun məqsədlərinə daha uyğun olacaq”, - deyə dövlət katibi qeyd edib.

 





25.05.2018    çap et  çap et