525.Az

Pompeo: “ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”


 

Pompeo: “ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”<b style="color:red"></b>

“ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib. 

Senatda keçirilmiş dinləmələr zamanı senator Ben Kardin M.Pompeodan İranda hakimiyyətin dəyişməsinin ABŞ-ın məqsədi olub-olmadığını soruşub. 

“Xeyr, ser”, - deyə Pompeo cavabında bildirib.   

Dinləmələrdə ABŞ-da yaşayan və Vaşinqtonun Tehrana qarşı sərt siyasətini dəstəkləyən bir qrup iranlı iştirak edib.

 





25.05.2018    çap et  çap et