525.Az

Cənubi Koreya lideri Tramp və Kim Çen In arasında birbaşa danışıqlara çağırdı


 

Cənubi Koreya lideri Tramp və Kim Çen In arasında birbaşa danışıqlara çağırdı<b style="color:red"></b>

Cənubi Koreya prezidenti Mun Çje İn ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında birbaşa danışıqlar keçirməyə çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Cənubi Koreya prezidentinin yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki,  Donald Tramp mayın 24-də Şimali Koreya lideri Kim Çen Ina məktub göndərək Sinqapurda iyunun 12-nə planlaşdırılmış görüşün baş tutmayacağı barədə məlumatlandırıb. 

Mun Çje İn  görüşün ləğvindən “dərin təəssüf” hissi keçirdiyi bildirərək, Şimali Koreyanın nüvəsizləşdirilməsinin təxirə salınmasının mümkünsüz olduğunu vurğulayıb. 

“Mən pərt olmuşam və ABŞ-KXDR sammitinin baş tutmayacağından çox təəssüflənirəm. Dayanıqlı sülh və Koreya yarımadasının nüvəsizləşdirilməsi elə bir məsələdir ki, ondan imtina etmək və ya təxirə salmaq mümkünsüzdür”, - deyə Mun Çje İn vurğulayıb.     

 





25.05.2018    çap et  çap et