525.Az

“Altılıq” və İranın birgə komissiyasının iclası ABŞ-sız keçiriləcək


 

“Altılıq” və İranın birgə komissiyasının iclası ABŞ-sız keçiriləcək<b style="color:red"></b>

Vyanada mayın 25-də nüvə sazişinin icrasına nəzarət edən “altılıq” ölkələri və İranın birgə komissiyasının növbəti  iclası keçiriləcək. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toplantı ilk dəfə olaraq ABŞ-ın iştirakı olmadan keçiriləcək. 

Komissiyanın sonuncu iclası Vyanada martın 16-da keçirilib. Qeyd olunan komissiya Birgə Hərtərəfli Fəaliyyət Planının icrasını yoxlamaq səlahiyyətinə malik yeganə qurumdur.    

“Bildiyiniz kimi, prezident Tramp ABŞ-ın həmin sazişdən çıxmasına dair qərar verib. Çünki bu saziş ABŞ-ın milli maraqlarının qorunmasını təmin edə bilmədi. Bu səbəbdən də ABŞ birgə komissiyanın tərkibində təmsil olunmayacacaq”, - deyə ABŞ Vyanadakı daimi nümayəndəliyindən bildirilir.

 





25.05.2018    çap et  çap et