525.Az

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeri və tarixi müzakirə edilməyib”


 

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeri və tarixi müzakirə edilməyib”<b style="color:red"></b>

"Həmsədrlərin iyun ayında İrəvana səfəri onlar üçün ona görə vacibdir ki, gedib oradakı vəziyyətlə tanış olsunlar və fikir mübadiləsi aparsınlar".

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
 
Nazir deyib ki, danışıqların istiqaməti artıq  bilinsə də, İrəvana səfərdən sonra  həmsədrlər danışıqları hansı yollarla davam etdirməyi təklif edəcəklər:

"Həmsədrlərin  bu dəfə Azərbaycana səfəri nəzərdə tutulmayıb. Əvvəlcə Ermənistana gedib yeni hakimiyyətlə tanış olmalıdırlar. Kimlə danışacaqlarını və kimlə işləyəcəklərini bilməlidirlər. Onların ağlında nə olduğunu öyrənsinlər. Bu, həmsədrlər üçün vacibdir".
 
O əlavə edib ki, həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan XİN başçılarının görüşü təklif edilsə də, hələ tarix və görüş yeri müzakirə edilməyib.

 





25.05.2018    çap et  çap et