525.Az

Macarıstanda "Azərbaycan Paris sülh konfransında (1919-1920)" toplusu nəşr olundu


 

Macarıstanda "Azərbaycan Paris sülh konfransında (1919-1920)" toplusu nəşr olundu<b style="color:red"></b>

Ölkəmizin Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində Budapeştdə Cümhuriyyət dövrünün diplomatik sənədlərindən ibarət "Azərbaycan Paris sülh konfransında (1919-1920)" adlı toplu nəşr olunub.

Topluya Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin konfransını Ali Şurasına təqdim etdiyi və Cümhuriyyətin de-fakto tanınması üçün əsas rolunu oynayan "Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri" adlı memorandumun ingilis, fransız və macar dillərində mətnləri daxil edilib.

Kitabın tərtibçisi və çapa hazırlayan Cümhuriyyət dövrünə dair çoxsaylı araşdırmaların müəllifi kimi tanınan səfir Vilayət Quliyevdir.

Səfir, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və Paris sülh konfransındakı nümayəndə heyətinin fəaliyyəti barədə geniş və əhatəli müqəddimə də yazıb.

 





25.05.2018    çap et  çap et