525.Az

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş futbol turniri


 

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş futbol turniri <b style="color:red"></b>

Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib.

Tüm Sanayici İşadamları Derneğinin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr iştirak ediblər. İdman yarışına 8 komanda qoşulub.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Axısqa türkləri, İraq türkmənləri, Əfqanıstan komandalarının yarışında Türkmənistan komandası çempion olub.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın 100 İL kubokunu komandaya təqdim edib.

 





25.05.2018    çap et  çap et