525.Az

Kürdəmirdə Cümhuriyyət təntənəsi


 

Kürdəmirdə Cümhuriyyət təntənəsi<b style="color:red"></b>

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsi və Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə mayın 23-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə tədbir keçirib.

Tədbir Azərbaycan Dövlət himni ilə başlamışdır.  Regional şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq cəmi iki ilə yaxın yaşamış, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymasından, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamasından danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən bu ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan Cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdən irəli gəldiyini vurğulayıb.

Kürdəmir rayon 6 saylı məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova, rayon MKS-in əməkdaşı Məhinə Şirəliyeva və tədqiqatçı Ağa Zeynalov çıxış edərək Xalq Cümhuriyyətinin tarixinə dair sənədlərin yenidən araşdırılmasının, geniş çap olumasının gələcək nəsillər üçün müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılması baxımından mühüm rol oynayacağından danışıblar.

Tədbirin bədii hissəsində Cümhuriyyətimiz haqqında qısa videosüjet, məktəblilərin Vətən, Bayraq və müstəqillik haqqında söylədikləri şeirlər, musiqi nömrələri təqdim edilib.

 





25.05.2018    çap et  çap et