525.Az

Xoreoqrafiya Akademiyasında ustad dərsləri


 

Xoreoqrafiya Akademiyasında ustad dərsləri <b style="color:red"></b>

Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Sankt-Peterburqdakı A.Vaqanova adına  Rus Baleti  Akademiyasının pedaqoqu Tatyana Solomyanko Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi (BXA) rəhbərliyinin dəvəti ilə akademiyada master-klass  keçib.

Klassik rəqs və klassik duet rəqsini tədris edən sənətkar ustad dərsləri zamanı tələbələrə klassik rəqs sənətinin incəlikləri barədə geniş məlumat verib, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətlərini  nümayiş etdirib. Eyni zamanda, dərslərdə iştirak edən müəllim heyətinə də öz tövsiyələrini verən pedaqoq klassik və müasir rəqslərin vəziyyətindən, eləcə də dünyada xoreoqrafiya sahəsində  gedən proseslər və yaranan yeni cərəyanlar haqqında danışıb. Dərsdən sonra qonaq ona ünvanlanmış suallara cavab verərək qeyd edib ki, tələbələrin nümayiş etdirdikləri rəqs hərəkətləri və müəllimlərin tədris metodikası Bakı Xoreoqrafiya Akademiyasının  tədris prosesinin Vaqanova adına Rus Baleti Akademiyasının ənənələrinin özündə ehtiva etməsinə bariz nümunədir.  Çünki Rus Baleti Akademiyası bugünədək də özündə dünya klassik rəqsinin ən qədim elementlərini olduğu kimi qoruyub saxlamağa müvəffəq olmuşdur. Sonda isə bu cür görüşlərin mütəmadi olacağına ümidvarlığını da bildirib.

Akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olan ustad dərsləri iştirakçılar tərəfindən də yüksək qiymətləndirilib.

Şahanə MÜŞFİQ

 





25.05.2018    çap et  çap et