525.Az

"Ən yaxşı mühazirə" müsabiqəsi yekunlaşdı


 

"Ən yaxşı mühazirə" müsabiqəsi yekunlaşdı <b style="color:red"></b>

Dünən Bakı Biznes Mərkəzində "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin 2018-ci ildə Bakı şəhəri ümumtəhsil məktəbliləri arasında "Ailəmiz - güvən yerimiz" mövzusunda "Ən yaxşı mühazirə" müsabiqəsinin yekun tədbiri və qaliblərin mükafatlandırılması keçirilib.

Tədbirdə yazıçılar, elm və incəsənət xadimləri, tələbələr, şəhər ictimaiyyətinin fəal nümayəndələri və jurnalistlər iştirak ediblər.

Görüşü giriş sözü ilə açan ictimai birliyin əməkdaşı, tədbirin aparıcısı Lalə Əliyeva layihə haqqında iştirakçılara geniş məlumat verib. Bildirib ki, "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi 2015-ci ildən "Ailə akademiyası" layihəsinə start verib. Layihə müasir Azərbaycan cəmiyyətində ailədə yaranmış problemlərin həllinə, yeni nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə yönəlib. Bu məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram ofisinin dəstəyi ilə 2016-cı ildə "Mənim ailəm" və 2017-ci ildə isə "Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir" müsabiqələri keçilib.

Sonra L.Əliyeva münsiflər heyətini təqdim edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev, "Aydınlığa doğru" İctimai Birliyinin sədri Solmaz Əmirli, TİKA-nın koordinatoru Adəm Urfa, Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, şair, tərcüməçi Səlim Babullaoğlu, Əməkdar elm xadimi, professor Rəfiqə Əzimova çıxış edərək layihə haqqında düşüncələrini bölüşüb, belə layihələrin cəmiyyətimizin gələcək inkişafında müstəsna rol oynadığını vurğulayıblar.

Qeyd edilib ki, Bakının müxtəlif məktəblərindən yüzlərlə şagirdin qatıldığı müsabiqədə dörd qalib müəyyənləşsə də, seçilən iyirmi mühazirəçinin, də mükafatlandırılması qərara alınıb. Qaliblərlə yanaşı bütün müsabiqə iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

Tədbir boyunca birliyin ailə haqqında hazırladığı sosial yönümlü video çarxlar nümayiş olunub. Sonda qalib şagirdlər öz mühazirələrini təqdfim ediblər.

Şahanə MÜŞFİQ

 





25.05.2018    çap et  çap et