525.Az

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün təlim təşkil olundu


 

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün təlim təşkil olundu<b style="color:red"></b>

Dövlət Miqrasiya Xidmətinin (DMX) Təlim-tədris mərkəzində Xidmətin əməkdaşları üçün vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı təlim təşkil olunub.

Kursun məqsədi Dövlət Miqrasiya Xidmətinə müraciət edən vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunun təmin edilməsi üçün əməkdaşların peşəkarlıqlarının, bilik və bacarıqlarının artırılmasıdır.

Kursa DMX-nin aparatı və regional miqrasiya idarələrinin vətəndaşların qəbulu və müraciətlərinə baxılması, eləcə də sərhəd buraxılış məntəqələrində miqrasiya şöbələrinin və bölmələrinin əməkdaşları cəlb edilib. Qısamüddətli kursda vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı mövcud problemlər və onların aradan qaldırılması yolları, vətəndaş məmnuniyyəti və stressin idarə edilməsi, ünsiyyət zamanı etik davranış qaydaları müzakirə olunub.

 





25.05.2018    çap et  çap et