525.Az

UNEC təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan etdi


 

UNEC təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan etdi<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2018-2019-cu tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib.

UNEC-in Marketinq və Kommunikasıya Departamentinin məlumatına görə, 2018-2019-cu tədris ilində Dünya iqtisadiyyatı, Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və aııdit, Statistika, Menecment, Dövlət və bələdiyyə idarəetməsi, İnformasiya texnologiyaları, Sistem mühəndisliyi, Biznesin idarə edilməsi, Sənayenin təşkili və idarə olunması, Marketinq, Ekologiya, Kommersiya, İstehlak  mallarının  ekspertizası və marketinqi, Qida məhsulları mühəndisliyi, Dizayn, Çoxişlənən malların texnologiyası mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edi.

Təkrar ali təhsilə qəbul ancaq elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu­qunu qazanırlar. Təkrar ali təhsilə müraciət aşağıdakı internet linki vasitəsilə  həyata keçirilir: http://www.kabinet. unec.edu.az

Məlumata görə, sənədlərin qəbulu may ayının 21-dən avqust ayının 1-dək aparılacaq. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  elektron formada təqdim etməlidirlər: rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma   əlavə ilə birlikdə), iş yerindən arayış (işlədiyi halda), əmək kitabçasından çıxarış (işlədiyi halda), 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olduğu halda təkrar ali təhsil ala bilərlər.

S.QARAYEVA

 





25.05.2018    çap et  çap et