525.Az

Builki "Caspian Oil and Gas" sərgisində 300-dən çox şirkət iştirak edəcək


 

Builki "Caspian Oil and Gas" sərgisində 300-dən çox şirkət iştirak edəcək<b style="color:red"></b>

Bakıda 25-ci Beynəlxalq Xəzər Neft və Qaz, 8-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisi öz işinə başlayıb. Bununla bağlı dünən mətbuat konfransı keçirilib.

Konfransda SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov, "Iteca Caspian" şirkətinin prezidenti Fərid Məmmədov, Xəzər Neft və Qaz sərgisinin meneceri Tofik Kərimov və Xəzər Neft və Qaz konfransının meneceri Aynurə Nəzərli iştirak ediblər.

Bildirilib ki, müxtəlif ölkələrin yüksək rütbəli qonaqlarının iştirak etdiyi sərgidə bu il Neft İxrac Edən Ölkələr Forumunun (OPEC) baş katibi Məhəmməd Barkindo, Böyük Biritaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Sandra Oudkirk, Enerji Siyasəti üzrə katib köməkçisinin müavini Fərhad Səmədov, Ticarət və Sənaye üzrə vitse-spiker Baronessa Emma Nikolson və başqaları iştirak edəcəklər. Sayca 25-ci olan "Caspian Oil& Gas 2018" sərgisinə yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkətinin nümayəndələri qatılacaq.

Qeyd edək ki, 30-31 may tarixlərində "Fairmont" mehmanxanasında Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil& Gas” konfransı keçiriləcək. Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox şirkət rəhbərləri, sənaye nazirliklərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edəcəklər. Konfransda bir sıra movzularda müzakirələr aparılacaq.  Konfransda Energetika naziri Pərviz Şahbazovun, OPEC-in baş katibi Məhəmməd Barkindonun, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi Yury Sentyurinin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, BP Azərbaycan-Gürcüstan- Türkiyə üzrə regional prezidenti Hari Cansunun, Büdcə və İnsan Resursları üzrə Komisiyonerinin, Avropa Komissiyası Qünter h. Otinqerinin çıxışı gözlənilir.

Bundan əlavə, 29 may-1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərələliyi və bərpa olunan enerji sahəsində  yeganə ixtisaslaşmış 8-ci Beynəlxalq Energetika və Alternativ enerji "Caspian Power 2018" sərgisi də baş tutacaq. Sərgi "Caspian Oil& Gas" sərgisi ilə eyni platformada keçiriləcək.

Ruzbeh MƏMMƏD

 





25.05.2018    çap et  çap et