525.Az

İordaniyada parlament buraxıldı


 

İordaniyada parlament buraxıldı<b style="color:red"></b>

İordaniya kralı Abdullah parlamentin alt qanadının buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar qəbul edib.

Ölkənin rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, Krallıq Divanı parlamentin buraxılmasına qərar verib. Kral Abdullahın qərarı konstitusiyanın 34-cü maddəsinə istinadən verdiyi bildirilib.

İordaniya parlamenti Nümayəndələr Palatası və Senat olmaqla iki qanaddan ibarətdir. 120 deputatdan ibarət Nümayəndələr Məclisi seçki yolu ilə formalaşır.

Parlamentin alt qanadının buraxılması qərarının ölkədəki qarışıqlığın qarsışını almaq üçün verildiyi bildirilir. Ölkə müxalifəti uzun müddətdir dəyişiklik tələb edir.

"Ali İslahat Komissiyası" adlı müxalif blokda birləşən, "Müsəlman Qardaşlar" və bəzi sol mövqeli partiyalar da daxil olmaqla 81 təşkilar bu gün paytaxt Əmmanda "Vətəni quratma" mitinqi keçirəcəyini elan edib. Hökumət tərəfdarlarının da eyni yerə aksiya təyin edib, amma daha sonra toqquşma ehtimalını nəzərə alaraq qərarından daşınıb. (TRT)

 





05.10.2012    çap et  çap et