525.Az

İstanbuldakı İran konsulluğuna partlayıcı maddə atıldı


 

İstanbuldakı İran konsulluğuna partlayıcı maddə atıldı<b style="color:red"></b>

İranın İstanbuldakı baş konsulluğuna "Molotof kokteyli" adlandırılan partlayıcı maddə atılıb. Hadisə sabat 07:30 radələrində baş verib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, "Molotof kokteyli" konsulluğun qapısına dəyib və yanğın başlayıb. Yanğın qısa müddətdə söndürülüb.

Hadisəni törətdiyi iddia edilən bir İran vətəndaşı saxlanılıb. Yazar olduğunu bildirən Cavad Bizhetap adlı şəxs ailəsinə və özünə İranda zülm edildiyi üçün bu hücumu həyata keçirdiyini bildirib

 





05.10.2012    çap et  çap et