525.Az

Zakir Əliyev Ümumdünya Turizm Təşkilatından təşəkkür məktubu aldı


 

Zakir Əliyev Ümumdünya Turizm Təşkilatından təşəkkür məktubu aldı <b style="color:red"></b>

Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Zakir Əliyevin ünvanına Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikşvili adından təşəkkür məktubu daxil olub.

Mərkəzdən verilən məlumata görə, məktubda Z.Pololikaşvili Ümumdünya Turizm Təşkilatının adından Z.Əliyeva peşəkar fəaliyyətinə, ölkənin turizm sektorunun inkişafına töhfə verdiyinə görə təşəkkürünü bildirib. O, məktubda Bakı Turizm İnformasiya Mərkəzinin direktoru qismində Z.Əliyevin Ümumdünya Turizm Təşkilatının tədbirlərində və fəaliyətində yaxından iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.

Məktubda, həmçinin, Z.Əliyevin Azərbaycanda turizmin inkişafına yönəlmiş səylərinin davam edəcəyinə dair əminlik vurğulanıb.

Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatı BMT-nin hökumətlərarası ixtisaslaşmış təşkilatı olaraq 158 iştirakçı ölkəni və 507 əlaqəli üzvü birləşdirir. Bakı Turizm İnformasiya Mərkəzi 2011-ci ildən ÜTT-nın əlaqəli üzvüdür.

C.ABASOV

 





01.06.2018    çap et  çap et