525.Az

Sabah «525»də


 

Sabah «525»də<b style="color:red"></b>

PƏRVİNİN GÖRKƏMLİ QAZAX ŞAİRİ, YAZIÇI-ƏDƏBİYYATŞÜNASI OLJAS SÜLEYMANOVLA GENİŞ SÖHBƏTİNİ «525»İN ŞƏNBƏ SAYINDA OXUYUN!

Oljas Süleymanov:

«Yazmaq! Dayanmadan yazmaq!.. Dünyanı, həyatı, bəşəriyyəti sözə çevirmək!»

- 30 il öncə Nizaminin 840 illik yubileyinə, indiki Gəncə, o zamankı Kirovabad şəhərinə gəlmişdim. O zaman həmin tədbiri Heydər Əliyev təşkil etmişdi. Adətən yubileylər yuvarlaq rəqəmlərlə bağlı keçirildiyindən, təəccüblənmişdik. Onda mən Heydər Əliyeviçdən bu barədə soruşdum. O cavab verdi ki, Nizami kimi dahilərin yubileyini hər il qeyd etmək olar. Bu sözlərin arxasındakı mənanı sonralar daha yaxşı anladım…


- Hazırda bir kitab üzərində işləyirəm. Əvvəlcə bu kitabın adını “1001 söz” qoymaq istəyirdim. Sonra fikrimi dəyişdim və sadəcə “1001” adlandırmaq qərarına gəldim…
…Bu çox geniş bir araşdırmadır. Linqvistika, dilçilik, tarix, dinin yaranmasına tamamilə yeni baxış ortaya qoymaq niyyətindəyəm. Ona görə də kitab üzərində işin yaxın günlərdə yekunlaşacağına inanmıram. Amma ümid edirəm ki, ən azından kitabın bir hissəsi, deyək ki, “Türklərin böyük köçü” adlanan bölüm işıq üzü görəcək.

 

- Azərbaycanda özümlə bağlı çoxlarından “bizim yazıçı” ifadəsini eşitmişəm. Bu ölkə mənə olduqca doğmadır.


- Bu gün ədəbiyyat, kitab bütövlükdə böhran vəziyyətindədir. Yəni təkcə Azərbaycanda, Qazaxıstanda, Rusiyada deyil, bütün dünyada eyni dərəcədə çətin dövr yaşanır. Yeni informasiya vasitələri kitabı sıxışdırırlar. Deyək ki, kompyuter, internet və s. Əvvəllər kitabın rəqibi təkcə televizor idi. Amma indi vəziyyət daha çətindir. Yeni gələn nəsil demək olar ki, kitab oxumur. Lakin inanıram ki, bu müvəqqəti haldır. Hər halda kitabın zamanının yenidən gələcəyini düşünürəm.


- Yazmaq! Dayanmadan yazmaq! Nə qədər çətin olsa da, yazmaq! Kitabın ulduzunun yenidən doğmasını gözləmədən yazmaq! Bütün inkişaf edən dünyanı, həyatı, bəşəriyyəti sözə çevirmək!

 





05.10.2012    çap et  çap et