525.Az

Bakıda 1000 nəfər üçün yumurta-pomidor bişirildi (FOTO)


 

Bakıda 1000 nəfər üçün yumurta-pomidor bişirildi (FOTO)

Bakıda, Dənizkənarı Parkda maraqlı hadisə yaşanıb.

525.az saytının məlumatına görə, konserv şirkətlərindən biri min nəfər üçün yumarta-pomidor bişirib. 2,5 metr yarımlıq böyuk tavadakı yeməyi tanınmış aşbaz Fərhad Aşurbəyli hazırlayıb.

Əvvəlcə tavanın altında ocaq qalanıb. Sonra onun içinə 15 litr zeytun yağı tökülüb. Yeməyin hazırlanmasında 150 kq. pomidor, 1300 ədəd yumarta və aci bibərdən istifadə olunub. Hazırlanma prosesi 40 dəqiqə çəkib.

 





03.09.2012    çap et  çap et