525.Az

Azərbaycandan Rusiyaya turist səfərləri 7% artıb


 

Azərbaycandan Rusiyaya turist səfərləri 7% artıb<b style="color:red"></b>

2018-ci ilin I rübü ərzində Rusiyaya səfərlərin statistikası açıqlanıb. 

“APA-Economics”in “İnterfax”a istinadən verdiyi xəbərə görə, “TurStat” agentliyinin məlumatına əsasən hesabat dövrü ərzində Azərbaycandan Rusiyaya turist səfərlərinin sayı 193 min təşkil edib, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 7% çoxdur. Rusiyaya turist səfərlərinin sayına görə, Azərbaycan 5-ci yerdə qərarlaşıb. 

Bu il Rusiyaya səfər turizmi Cənub-Şərqi Asiya və Avropa İttifaqına üzv ölkələrdən olan turistlərin sayı hesabına artır. Birinci rüb ərzində xarici vətəndaşların Rusiyaya turist səfərlərinin ümumi sayı 4,3 mln., ötən il ərzində - 24 mln. təşkil edib. 

Birinci rübün yekunları üzrə Rusiyaya səfər turizmin siyahısında ilk onluqda həmçinin Ukrayna, Qazaxıstan, Çin, Finlandiya, Polşa, Ermənistan, Moldova, Qırğızıstan daxildir.

 





11.06.2018    çap et  çap et