525.Az

2017-ci ilin dövlət büdcəsinin icrası təsdiqləndi


 

2017-ci ilin dövlət büdcəsinin icrası təsdiqləndi <b style="color:red"></b>

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb. 

APA-nın məlumatına görə, Azərbaycanın 2017-ci il dövlət büdcəsinin icrasının gəlirləri 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiqlənib. 

Sənədə əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə ediləcək.

 





12.06.2018    çap et  çap et