525.Az

Azərbaycan Beynəlxalq Muzeylər Şurası Baş Assambleyasının 33-cü iclasında


 

Azərbaycan Beynəlxalq Muzeylər Şurası Baş Assambleyasının 33-cü iclasında<b style="color:red"></b>

İyunun 6-8-də Parisdə, YUNESCO-nun mənzil-qərargahında Beynəlxalq Muzeylər Şurası olan İCOM-un Baş Assambleyasının 33-cü iclası keçirilib.

İclasda Azərbaycandan İCOM-un Milli və Beynəlxalq komitələrinin üzvü, "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və İCOM-un Milli komitəsinin katibi Əminə Məlikova iştirak ediblər. İclas zamanı təşkilatın milli və beynəlxalq komitələri arasındakı əməkdaşlıq və təşkilatın ötən il gördüyü işlərlə bağlı hesabatlar dinlənilərək müzakirə edilib. Bundan əlavə, iclasda təşkilatın maliyyə məsələrinin hesabatları da dinlənilib.

Builki iclasda 2022-ci ildə İCOM-un Baş Konfransının hansı şəhərdə keçiriləcəyinin seçkisi baş tutub. 2022-ci ildə Baş Konfransın keçiriləcəyi namizəd ölkə və şəhər sırasında Çex Respublikasının paytaxtı Praqa, Norveç Krallığının paytaxtı Oslo və Misirin İsgəndəriyyə şəhərləri yer alıblar. Səs üstünlüyü ilə 2022-ci ildə İCOM-un Baş Konfransının keçiriləcəyi şəhər olaraq, Misirin İsgəndəriyyə şəhəri seçilib.

Beynəlxalq Muzeylər Şurasının rolu cəmiyyətin inkişafına və xeyrinə işləmək, mədəni dəyərlərin qorunması üçün çalışmaqdan ibarətdir. Muzeylər üçün ümumi olan dizayn, idarə metodu, standartlar, kolleksiyaların tərtibatı və sərgilərin təşkilinin ümumi prinsipləri, iştirakçı ölkələrin diplomatik nümayəndələri üçün aparıcı forum meydanı, mədəniyyətə görkəmli töhfələr verən beynəlxalq ekspertlərin toplanması, müəssisələr şəbəkəsinin inkişafını və muzey mütəxəssislərinin professional potensialının gücləndirilməsi, muzey icmasının xeyrinə müvafiq sahələrdə tədqiqatların aparılması, bilik mübadiləsinə şərait yaradaraq, özünəməxsus  mədəni irsin hər bir xalqın mədəniyyətə aid olunmasına dəstək vermək Beynəlxalq Muzeylər Şurasının funksiyalarındandır. O cümlədən, İCOM mədəni mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə, riskin idarə olunması, mədəniyyətin və biliyin inkişafı, maddi və qeyri-maddi irsin nümunələrinin qorunması missiyalarını da daşıyır. Beynəlxalq Muzeylər Şurası, beynəlxalq missiyasını həyata keçirərkən regional qurumlarla, hökumətlərarası, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Şahanə MÜŞFİQ

 





12.06.2018    çap et  çap et