525.Az

Yazıçı Natiq Rəsulzadə ilə görüş


 

Yazıçı Natiq Rəsulzadə ilə görüş <b style="color:red"></b>

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyi, Respublika Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə ilə görüş keçirilib.

Əsərləri dünyanın müxtəlif ölkələrində, bir çox dillərdə çap olunan yazıçı Natiq Rəsulzadənin oxucularla görüşü Azərbaycan Jurnalistlər Birliyinin üzvü, bir sıra kitabların müəllifi, "Qranat" və "Vaqif" mükafatları laureatı, yazıçı-jurnalist Marina Mursalovanın müsahibəsi əsasında həyata keçirilib.

Görüşdə yazıçı oxucuları maraqlandıran sualları cavablandırıb, kitablarını imzası ilə onlara təqdim edib. Natiq Rəsulzadə "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və digər əsərlərin müəllifidir. Onun ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya...", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi maraqlı filmlər çəkilib.

ŞAHANƏ

 





13.06.2018    çap et  çap et