525.Az

2026-cı ildə dünya çempionatına ABŞ, Kanada və Meksika "trio"su ev sahibliyi edəcək


 

2026-cı ildə dünya çempionatına ABŞ, Kanada və Meksika "trio"su ev sahibliyi edəcək<b style="color:red"></b>

2026-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, qərar bu gün Moskvada keçirilən FİFA-nın 68-ci konqresində verilib. 

Mundialın ev sahibliyi üçün iki namizəd var idi. 

Bunlar Mərakeş və ABŞ-Kanada-Meksika “trio”sudu. 

Səsvermə nəticəsində yarışın ABŞ, Kanada və Meksikanın birlikdə təşkil etməsinə qərar verilib. 

Qeyd edək ki, 2026-cı ildəki dünya çempionatında 48 komanda iştirak edəcək.

 





13.06.2018    çap et  çap et