525.Az

Raket və artilleriya birləşmələri praktiki atışlar icra etdi


 

Raket və artilleriya birləşmələri praktiki atışlar icra etdi <b style="color:red"></b>

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 122 mm-lik yaylım atəşli reaktiv sistemləri və 152-mm toplardan döyüş atışlı məşqlər keçirib. 

MN-dən APA-ya verilən məlumata görə, Təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. 

Müəyyən edilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

 





13.06.2018    çap et  çap et