525.Az

Ermənistanın sabiq müdafiə naziri istintaqa çağırıldı


 

Ermənistanın sabiq müdafiə naziri istintaqa çağırıldı<b style="color:red"></b>

Ermənistan Dövlət Gəlirləri üzrə Komitəsi Silahlı Qüvvələrin ehtiyacları üçün dövlət sifarişi ilə satınalmalar sahəsində pozuntuları araşdırır. 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Komitənin orduda 2014-2017-ci illərdə dövlət sifarişi ilə satınalmalar və tikinti sahəsində aşkarladığı pozuntularla əlaqədar ordunun Əsaslı təmir və mənzil təchizatı idarəsinin İstehsalat-texniki bölməsinin sabiq rəisi Qriqor Barseqyana qarşı ittiham irəli sürülüb. 

Q. Barseqyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, böyük həcmdə fırıldaqçılıqda, sənədlərin saxtalaşdırılmasında günahlandırılır. Əsaslı təmir və mənzil təchizatı idarəsinin rəisi Aşot Qriqoryan isə böyük həcmdə fırıldaqçılıqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, sənədlərin saxtalaşdırılmasında ittiham edilir. İstintaq A. Qriqoryanın səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar verib. 

İstintaqla əlaqədar bir çox yüksək rütbəli şəxsin kabinetində axtarışlar aparılıb, onlarla insanın ifadəsi alınıb. 

İfadəyə çağırılanlar arasında sabiq müdafiə naziri Seyran Ohanyan da var.

 





14.06.2018    çap et  çap et