525.Az

Kaliforniyanın bölünməsi ilə bağlı referendum keçiriləcək


 

Kaliforniyanın bölünməsi ilə bağlı referendum keçiriləcək<b style="color:red"></b>

ABŞ-ın Kaliforniya ştatı 3 yerə bölünə bilər. 

APA-nın “Fox News”a istinadən verdiyi xəbərə görə, noyabrın 6-da bununla bağlı referendum keçiriləcək.  

Kaliforniyanın bölünməsi ideyası investor Timotu Dreyperə məxsusdur. O, referendumun keçirilməsi üçün lazım olandan çox - 402 min imza toplayıb. Təklifə əsasən Kaliforniyanın mərkəzi, cənubi və şimali olmaqla, 3 hissəyə bölünməsi nəzərdə tutulur. 

Lakin ştatda keçirilən rəy sorğusuna əsasən, əhalinin 72%-i bölünmənin əleyhinədir. Hətta referendumda təklif qəbul olunsa belə, bunun ştatın hökuməti və ABŞ Konqresi tərəfindən təsdiqlənməsi tələb olunur.

 





14.06.2018    çap et  çap et