525.Az

Kim Çen In Yaponiyanın baş naziri ilə görüşməyə hazırdır


 

Kim Çen In Yaponiyanın baş naziri ilə görüşməyə hazırdır<b style="color:red"></b>

Şimali Koreya lideri Kim Çen In Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşməyə hazır olduğunu bildirib. 

APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbəyə istinadən məlumat verib. 

“Baş nazir Abe ilə görüşün keçirilməsi mümkündür. Şimali Koreya lideri Sinqapurda, ABŞ prezidenti Donald Trampla görüşü zamanı danışıqlara açıq olduğunu bildirib”, deyə mənbə qeyd edib.

 





14.06.2018    çap et  çap et