525.Az

Ərdoğan Rusiyaya S-500 raket komplekslərinin birgə istehsalını təklif etdi


 

Ərdoğan Rusiyaya S-500 raket komplekslərinin birgə istehsalını təklif etdi<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib. 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti TV 24 telekanalına müsahibəsində bildirib. 

"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. Növbəti  mərhələlərdə isə birgə istehsala başlayacağıq. Mən  Putinə S-500-ləri birlikdə istehsal etməyi təklif etdim”, deyə Ərdoğan vurğulayıb.

Ərdoğan həmçinin Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükü  ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə cavab verib: “Bəs Yunanıstanın S-300-ləri barədə niyə susurlar? Türkiyəyə qarşı belə bir siyasətin yürüdülməsi anlaşılmazdır.  Biz daim müdafiə sənayemizin tələbatlarını təmin etməyə çalışacağıq”.

 





14.06.2018    çap et  çap et