525.Az

Təhsil naziri məzunları təbrik etdi


 

Təhsil naziri məzunları təbrik etdi<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edib. 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, nazirin təbrik məktubunda

“Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcək.

Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu yolda sizə zəruri dəstək verəcək. 

Əminəm ki, Sizə özünütəsdiq inamınızla arzuladığınız gələcəyi quracaq, ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız”, - deyə, bildirilir. 

C. Bayramov onu da qeyd edib ki, ömür boyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq  bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclər ölkənin qızıl insan kapitalıdır:

“Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız! Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!"

 





14.06.2018    çap et  çap et