525.Az

Gürcüstan prezidenti: "Baş nazir İvanişvili olmalıdır"


 

Gürcüstan prezidenti: "Baş nazir İvanişvili olmalıdır"<b style="color:red"></b> Gürcüstan prezidenti Giorgi Marqvelaşvili baş nazir Giorgi Kvirikaşvilinin istefasına münasibət bildirib.
 
APA-nın yerli bürosunun məlumatına görə, dövlət başçısı ölkədəki prosesləri maskarad adlandırıb.
 
G. Marqvelaşvili deyib ki, ictimaiyyət istefanın arxasında hansı arqumentlərin olduğunu bilməlidir:

"Maskarad başa çatmalıdır. Avropa ölkələrində hakim partiya sədrləri baş nazir vəzifəsini tutur. Buna müvafiq olaraq hakim partiyanın lideri Bidzina İvanişvili baş nazir olmalıdır”.
 





14.06.2018    çap et  çap et