525.Az

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu


 

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu <b style="color:red"></b>

Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə azərbaycanlı müşavir təyin olunub. 

APA-nın məlumatına görə, nazir İqor Nasalikin imzaladığı sərəncamla İlham Dadaş oğlu Dadaşov nazirin müşaviri təyin edilib.
 
1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İ. Dadaşov 1987-ci ildən Ukraynada yaşayır.

O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb.

İ. Dadaşov biznes fəaliyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

 





14.06.2018    çap et  çap et